Deputat toyların bağlanmasının əleyhinə olduğunu, amma zərurət yaranarsa, toyların da bağlanmalı olduğunu vurğulayıb:
"İndi yoluxmada sürətli artım gedir. Gündəlik müşahidə edirəm, testdən keçənlərin 20 faizə qədəri xəstələnir. Yoluxmanın artmasının da bir sıra səbəbləri var. Amma mən həmişə toyların bağlanmasının əleyhinə olmuşam. Çünki insanlar toy etməlidirlər. Toya gələnlər də vaksini olanlardır. Vaksinsizləri buraxmırlar. Polis yoxlanış da keçirir, vaksinsizləri tutulur, cərimələnir. Hətta toyda bəyin özünü də cərimələyiblər.
Deputat deyib ki, yoluxmanın əsas səbəbi araşdırılır:
"Hər halda artımın səbəbləri axtarılır, indi səbəb toy olsa, yəqin ki, toyları, iri tədbirləri dayandıracaqlar. Əgər toylar yoluxmanın artmasına çox təsir etmirsə, bağlamağa ehtiyac olmayacaq. İndi buna da Operativ Qərargah qərar verəcək. Amma onu bilmək lazımdır ki, sağlamlıq hər şeydən öndədir. Can sağlığığ toydan irəlidədir. Ona görə də, qərar verərkən sağlamlığı düşünmək lazımdır”.