İrandan fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına baxış keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.
Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İrana geri qaytarılması barədə qərar qəbul edilib.