Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR

Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR

Ali məktəblərə qəbul olan tələbələri ən çox düşündürən suallardan biri də təhsil alacaqları müddətdə harada və necə qalacaqlarıdır. Bəzi hallarda isə kirayə mənzillərin baha olması tələbələri çıxılmaz vəziyyətə salır. Hətta bu səbəbdən təhsildən yayınanlar da olur. Artıq bununla bağlı məsələ yeni hazırlanan qanun layihəsində öz əksini tapacaq.

SHOWNEWS.AZ xəbər verir ki, ölkəmizdə sosial tələbə yataqxanaları yaradılacaq.

Bununla bağlı məsələnin "Ali təhsil haqqında" hazırlanan yeni qanun layihəsinə salınması təklif olunub. Milli məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, yeni qanun layihəsində hansısa bir təhsil müəssisəsi yaradılarkən onun yataqxanasının olması da şərt kimi öz əksini tapıb.

Millət vəkili deyir ki, sosial tələbə yataqxanalarının yaradılması zəruridir. Onun sözlərinə görə, yataqxana çatışmazlığı ali məktəblərə qəbul olan abituriyentləri bir sıra çətinliklərlə üz-üzə qoyur.

 

Millət vəkili vurğuladı ki, bəzi hallarda maddi imkanı zəif olan tələbələr kirayə haqlarını ödəyə bilmədiklərinə görə, təhsildən yayınmağa məcbur olurlar. Sosial yataqxanaların istifadəyə verilməsi isə vəziyyəti müsbətə doğru dəyişəcək.

Ceyhun Məmmədov əlavə etdi ki, bununla bağlı məsələ Elm və təhsil komitəsi yanında "Ali təhsil haqqında" qanun layihəsi üzrə yaradılmış işçi qrupunun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.