Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.
Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan “xruşovka”ların yerində yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib.
“Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır. Qeyd edilən ünvanda “SmartDom” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. İndiki mərhələdə həmin ərazidə əmlak istifadəçiləri ilə tikinti şirkəti arasında qanunvericiliyin tələblərinə uyğun olaraq danışıqlar aparılır”.