Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Xəlilov Murad Qalib oğlu doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn edilib.
"Qafqazinfo" xəbər verir ki, o, qəsəbənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.