Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kirayədə yaşayan deputatlar danışdılar: “Bu gün biz nə vəziyyətdəyik?”

Kirayədə yaşayan deputatlar danışdılar: “Bu gün biz nə vəziyyətdəyik?”

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayev evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.

 

Bu gün ölkə mətbuatı Bakıda kirayədə qalan deputatların siyahısı dərc edib. Adları aşağıda qeyd edilən deputatların paytaxtda kirayədə qaldığı iddia edilib:

 

Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Cavid Osmanov.

 

Modern.az saytı kirayənişin olduğu iddia edilən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyevlə əlaqə saxlayaraq, barəsində deyilənlərin həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

 

Naqif Həmzəyev bildirib ki, bu haqda bütün detalları Milli Məclisin mətbuat xidmətindən əldə edə bilərik.

 

"Bu haqda danışmaq istəmirəm. Bu saat bizim dərdimiz-sərimiz var. Danışmağa ehtiyac yoxdur. Bu heç gündəm olası məsələ deyil. Yalandan gündəm yaradıblar”.

7 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Cəbi Quliyev isə xəbəri təsdiqləyərək, Bakıda evinin olmadığını deyib. O bildirib ki, hazırda kirayəpulu alır:

 

"Milli Məclis tərəfindən verilən kirayəpulunu alıram. Bakı və ətraf ərazilərdə heç bir obyektim, maşınım yoxdur. Dəqiqləşdirmək istəyirlərsə, buyursunlar. Amma başqaları ilə bağlı məlumatım yoxdur”. 

 

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib ki, onun adına ev və mənzil yoxdur.

 

6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva:

 

"Mən indi ölkədən kənardayam. Haqqımda nə yazıldığından xəbərsizəm. Milli Məclisin bu yaxınlarda keçirilən ssesiyasında mənim əvəzimə Sahibə xanım sözünü dedi. Bu gün biz nə vəziyyətdəyik? Bu gün bizim qaçqın və köçkünlərimiz var. Onlara əsas ev, yurd, yuva lazımdır.

 

Bir vətəndaş, deputat olaraq ssessiyalarda iştirak etmək, Bakıya gedib-gəlmək mənim borcumdur. Azərbaycanda evim var, Naxçıvanda yaşayıram. Naxçıvan Azərbaycandan heç də ayrı deyil. Başqa ölkədə yaşamıram ki? Mən Sahibə xanımın fikirləri ilə tam razıyam”.