Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı metrosunda cibgir peyda oldu: - EHTİYYATLI OLUN

Bakı metrosunda cibgir peyda oldu: - EHTİYYATLI OLUN Bakı metrosunun "28 May" stansiyasında oğurluq hadisələri baş verib.   Oxu.az bildirir ki, həmin stansiyada Balakən sakini C.Şərifovanın cibindən 430 manatlıq mobil telefon oğurlanıb. Hadisə noyabrın 18-də saat 15:00 radələrində baş verib.   Təxminən 3 saat sonra isə "28 May" stansiyasında Bakı şəhər sakini N.Əliyevanın cibindən telefon oğurlanıb.   Hər iki fakt üzrə araşdırma aparılır.