Sosial şəbəkə fenomeni Bayram Nurlu "Taleyimdəki gün" adlı yeni veriliş hazırlayır.
SHOWNEWS.AZ xəbər verir ki, verilişdə xərçəngdən əziyyət çəkənlər və bu xəstəliyə qalib gələrək sağalanlar çəkiləcək.
Yeni layihəsindən SHOWNEWS.AZ-a danışan Bayram bu ideyanın ona bir müddət əvvəl anasının da bu bəlaya düçar olub sağalmasından sonra gəldiyini açıqlayıb:
"Anam xərçəngə qalib gəldi. İnam, ruh yüksəkliyi, bir az maddiyyat bizə kömək oldu. Məhz bundan sonra qərara gəldim ki, elə bir iş görüm ki, xərçəngdən əziyyət çəkən insanlara yardım edim. Anam xəstələnməyənə qədər mən heç vaxt Milli Onkologiya Mərkəzində olmamışdım. Orda olanda nələr gördüm bir Allah bilir. Anam sağaldı. İstəyirəm bütün analar sağalsın. Hər kəs bu xəstəliyə qalib gəlsin. Orda olanda bacardığım insanlara maddi və mənəvi dəstək olurdum. "Sağalacaqsan" sözünü eşidib ağlayıb, məni qucaqlayan insanları gördüm. Məndən kömək uman insanları gördüm. Özümə söz verdim ki, gücüm çatanı edəcəyəm.
Hazırda Moskvaya gedirəm. Məqsədim var Allahın izni ilə taqəti qalmayan insanlara, ailələrə yarsım edəcəyəm. Əlbəttə bu işdə mən tək olmayacağam.
"Taleyimdəki gün" verilişi ilə xərçənglə mübarizə aparan insanlara həm maddi, həm mənəvi dəstək olunacaq".