Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı...

Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı...

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

Paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb. 

 

Statusun saatından (10:27) aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.