Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yasamalda şəhidlərin xatirəsinə memorial kompleksin açılışı oldu

Yasamalda şəhidlərin xatirəsinə memorial kompleksin açılışı oldu

Bu gün Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə həsr olunan memorial kompleksin təntənəli  açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, xatirə kompleksinin üzərində 339 şəhidin adı və soyadı əks olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Yasamal sakinlərinin bir çoxu 90-cı illərin əvvələrində, digər qismi isə 2020-ci ilin Vətən müharibəsində və Aprel döyüşlərində həlak olublar. 

Açılış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis sədrinin müavini Adil Əliyev, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,Yasamal bələdiyyəsinin rəhbərliyi, ali məktəb rəhbərləri, ziyalılar, şəhidi ailələri, qazilər, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra fəxri qarovulun müşaiyəti ilə xatirə kompleksi önünə əklil və tər güllər qoyulub.

Hazırlanmış layihəyə uyğun olaraq ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb, əraziyə xüsusi daşlar döşənilib, işıqlandırma sistemi təzələnib, mövcud yaşıllıqlar bərpa edilib, ağaclar və mövsümi gül-çiçəklər əkilib, yeni oturacaqlar quraşdırılıb.Xatirə kompleksində bulaq inşa edilib.

Açılış mərasimində çıxış edən icra başçısı Elşad Həsənov bildirib ki, bu xatirə kompleksi şəhidlərin ruhuna bir ehtiramdır. Qeyd olunub ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. E. Həsənov vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində zəfəri Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmi, şəhid və qazilərin qanı və canı bahasına əldə olunub.

Tədbirdə çıxış edən natiqlər şəhidlərin hər zaman Azərbaycan xalqının milli yaddaşında yaşayacağını vurğulayıblar.