Sabah saat 11:00-dan 15:00-a qədər Bakıda 7B, 79, 165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Məlumata görə, buna səbəb S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətin tətbiq edilməsidir.
Dəyişikliyə əsasən sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi - C.Səlimov küçəsi - Ə.Salamzadə küçəsi - Tbilisi prospekti, daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.