Sosial şəbəkələrdə videosu yayılan, özünə seyid, alim deyən şəxslə bağlı maraqlı məlumat üzə çıxıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə müzakirə mövzusu olan videodan sonra özünə alim, seyid deyən və bir çox xəstəliklərin çarəsinin əlində olduğunu söylən şəxsin kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə, xəstələrə şəfa verdiyini, hətta gözü görməyənlərin gözünü açdığını, koronavirus xəstələrini belə sağaltdığını iddia edən şəxs Nüsrət Məsimov imiş.
Nüsrət Məsimov bir müddət əvvəl ailə münaqişəsi zəminində bacısını döyüb.
Bacısı Süsanə Xavadovanı döyən Nüsrət Məsimov həbs edilib.
İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə: üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur) maddəsi ilə təqsirli bilinib.
15 sutka həbs cəzası alan Nüsrət Məsimov məhkəmədə bacısını döyməsini izah edərkən deyib ki, bu əməli özü yox, şeytan edibmiş...