Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Azərbaycanda "tik-tok"dan aya 5-6 min dollar qazananlar var"

"Azərbaycanda "tik-tok"dan aya 5-6 min dollar qazananlar var"

"Azərbaycanda tik-tokdan aya 5-6 min dollar qazananlar var"

AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış jurnalist Hacıbəy Heydərli deyib.

O bildirib ki, "tik-tok" sosial şəbəkəsində canlı yayım açaraq pul qazanan insanların sayı hər keçən gün daha da artır: "Tik-tok"da canlı yayım açaraq, yarış keçirən insanların sayı çoxalır. Bu heç də səbəbsiz deyil, insanların canlı yayımına hədiyyə göndərilir, onlar isə bunu pul olaraq əldə edirlər. Orta hesabla hər 1000 bəyənmə 10 dollar pul qazandırır. Azərbaycanda isə yarışlarda 100 min hədiyyə toplayan şəxslər var, bu da min dollar pul edir. Ölkəmizdə aya 5-6 min dollar qazanan "tik-tok"çular var.

 

O deyib ki, Amerikanın Forbes jurnalı TikTok sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.

Siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. 

O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.

İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları qərarlaşıblar.