Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən MÜƏLLİM CƏZALANDIRILDI

Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən MÜƏLLİM CƏZALANDIRILDI

Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib: "Həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb".