"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qaçqın və məcburi köçkünlərin işi ilə bağlı dövlət siyasəti mükəmməl istiqamət alıb. Ulu öndərin rəhbərliyi dövründə bu problemin həlli üçün qanunvericilik bazası yaradıldı və ilk dövlət proqramı qəbul olundu".
Bu sözləri "Arb 24" kanalında yayımlanan "İş vaxtı" verilişində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əliyev deyib.
Qurum rəsmisinin sözlərinə görə, məcburi köçkünlərin imtiyazları köçkünlük müddəti başa çatdıqdan sonra da 3 il davam edəcək.