“Cənub bölgəsində erkən nikah problemi mövcuddur. 9- cu sinifdən sonra qızların təhsili davam etdirməsinə icazə vermirlər. Bu nə biabırçılıqdır?!”.
Bunu deputat Elman Nəsirov parlamentdə çıxışında deyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı ona çoxsaylı şikayət məktubları gəlir: “Həyəcan siqnalı çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikah məsələsi biabırçı vəziyyətdədir. Təəssüf ki, narkomaniya ilə bağlı vəziyyət də bu bölgədə ürəkaçan deyil. Erkən nikah və narkomaniyanın qarşısının alınması məsələsində müvafiq qurumlar bu istiqamətdə işini gücləndirməlidir”.