Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb 753 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 616 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8 358 nəfər vəfat edib, aktiv xəstə sayı 9 043 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 549, ötən müddət ərzində isə ümumilikdə 5 863 885 test aparılıb.