Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kasıbları təhqir edən sürücü Qaralovun yaxın adamı olub

Kasıbları təhqir edən sürücü Qaralovun yaxın adamı olub

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən "Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
 

SHOWNEWS.AZ xəbər verir ki, bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.

Bəlli olub ki, 37 yaşlı S.Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət "Akkord” Şirkətlər Qrupunun xəzinədarı olub.

O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, "pulyığanı” kimi tanınıb.

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.