Tərtərdə 16 yaşlı qız qaçırılıb.
APA xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.
Bununla bağlı polisə qızın ailəsi tərəfindən məlumat verilib. Ailəsi iddia edir ki, 16 yaşında olan Ləman aldadılaraq qaçırılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.