“Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümünə hazırlıq başa çatıb”.
“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Ayaz Hüseynov deyib.
O bildirib ki, BŞİH-nin müvafiq strukturları ilboyu ərzində Şəhidlər xiyabanı ərazisində abadlıq, təmizlik işləri həyata keçirir.
Şöbə müdirinin sözlərinə görə, bu proses daim nəzarətdə saxlanır: “Xiyabanda, həmçinin müxtəlifrəngli güllərdən ibarət kompozisiyalar hazırlanır. 20 Yanvar faciəsinin 32-ci ildönümünə hazırlıq işləri artıq yekunlaşıb. Kompozisiyaya uyğun olaraq fərqli rənglərdən istifadə olunub”.