"Bundan öncə seçmə yolu ilə "Omikron” ştammına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda "Omikron” yayılmağa başladığı ölkələrdə "Delta” ştammını üstələyir və yoluxmaların əksəriyyətinin "Omikron” ilə əlaqəli olduğu bildirilir:
"Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştammla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”.