Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşib.
O, 1985-ci il təvəllüdlü Fuad İsmayılovdur.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. F.İsmayılov ilkin izahatında əməlini etiraf edib.
Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.