Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda 3 yaşlı uşağa iynə ilə işgəncə verən dayə ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda 3 yaşlı uşağa iynə ilə işgəncə verən dayə ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının Yasamal rayonunda azyaşlıya işgəncə verən dayə barədə polisə şikayət daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının valideynindən müvafiq polis orqanına şikayət daxil olub. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün vətəndaş İradə Bağırova BAKU.WS-in "qaynar xətt”inə bu barədə şikayət edib. Bildirib ki, dayə 3 yaşlı oğlan uşağına iynə vurub.

 

Hadisə evdə quraşdırılan müşahidə kamerasına düşüb. Videodan da göründüyü kimi dayə uşaq yatmadığına görə iynə vurub.

 

Uşaq sonradan bu barədə valideynlərinə deyəndən sonra videoya baxıblar.

 

"Dayənin 10 il iş təcrübəsi var. Ondan soruşanda ki, niyə belə edib, dedi, uşaq yatmadığına görə ona iynə vurub. Mən ona dedim ki, "sənin bu əməlin barədə polisə şikayət edəcəyəm”, - deyə İradə Bağırova bildirib.