Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Pandemiya davam edəcəksə, 6 aydan bir peyvənd vurulacaq”

“Pandemiya davam edəcəksə, 6 aydan bir peyvənd vurulacaq”

“Pandemiya davam edəcəksə, 6 aydan bir peyvənd dozaları vurulacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, əgər pandemiya bitərsə, yəqin ki, insanlar virusa qarşı ildə bir dəfə peyvənd oluna bilərlər.

 

T. Eyvazov həmçinin əlavə edib ki, Azərbaycanda iki doza peyvənd almış və 3-cü dozanı alacaq əhalinin sayı 40 faizə yaxınlaşır: "Peyvəndləmə hesabına dünyada milyonlarla insanın həyatı xilas olunub. Buna görə xəstəliyi kritik keçirmə və ölüm halları azalıb".

O, həmçinin əhaliyə tövsiyə edib ki, əgər əldə olunan qoruyuculuğu davam etdirmək istəyiriksə, “buster” dozanı da alsınlar.