"Arvadım mənə xəyanət edir" deyib gələn kişiləri qapıdan içəri buraxmayın"
Bu sözləri ARB televiziyasında yayımlanan "Səni axtarıram" verilişində aparıcı Xoşqədəm Hidayətqızı deyib.
Belə ki, verilişə gəlib Xoşqədəm Hidayətqızıdan öz övladının anasından alınması üçün müraciət etdiyini söyləyən bəy sonradan həyat yoldaşının haqqında verilişdə pis ifadələr işlədib.
O bildirib ki, həyat yoldaşını başqa bir kişi ilə görüb və onlar ayrıldıqdan sonra qadın anasıgilə getməyib.
Bu səbəbdən Xoşqədəm Hidayətqızı həyat yoldaşı xəyanət edən kişilərin studiyanın qapısından buraxılmamasını söyləyib.