Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir”

Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir”

Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

 

Küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Hüseynovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir.

 

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çoxlu sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər. İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur.

 

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: "Bu, mənim hobbimdir”. 

 

Qeyd edək ki, Ə. Hüseynovun yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Lent.az