Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Birinci siniflərə şagird qəbulunun vaxtı dəyişdirildi

Birinci siniflərə şagird qəbulunun vaxtı dəyişdirildi

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Feysbuk hesabında yazıb.

O qeyd edib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqvimində daha əvvəl I siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.