Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Gecə klubları pis qızların yeridir” - Rəşid Mahmudov

“Gecə klubları pis qızların yeridir” - Rəşid Mahmudov

Bakıda gecə klubunda baş vermiş partlayışdan sonra hadisənin səbəbindən çox, gənc qızların oraya getmələri müzakirələrə səbəb oldu. Məlum olaydan bir neçə gün keçsə də, tənqidlərin ardı-arası kəsilmir.
 

Bu barədə Modern.az-a danışan tanınmış həkim Rəşid Mahmudovun fikrincə, Azərbaycan xanımlarının gecə saatlarında klublara getməsi ayıbdır və bunu qəbul etmək olmaz:

"O cür gecə klubları pis oğlanların, pis qızların yeridir. Bunu hamımız yaxşı bilirik. Həmin klubu açana da, oraya gedənə də ayıb olsun. Bizim millətə yaraşmır bu hərəkətlər. Azərbaycan xanımına gecə saat 3-də klubda olmaq yaraşmır, ayıbdır. Hadisə baş verən klubdakıların siyahısını açıqlamışdılar, cəmi iki nəfər xarici vətəndaş var idi. Çox təəssüf ki, 35 Azərbaycan vətəndaşının adı həmin siyahıdadır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının mərkəzində fəaliyyət göstərən gecə klublarından birində partlayış olub. Hadisə nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib, 37 nəfər yaralanıb. Ötən gün xəsarət alanlardan biri xəstəxanada vəfat edib, iki nəfərin vəziyyəti kritik qiymətləndirilir. Digərlərinin müalicəsi davam etdirilir.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, üç nəfər həbs olunub.