Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Malakan bağının qarşısındakı ağacları kim və niyə qırır? - ŞİKAYƏT FOTOLAR

Malakan bağının qarşısındakı ağacları kim və niyə qırır? - ŞİKAYƏT FOTOLAR

Paytaxtın mərkəzi Malakan bağının qarşısında yolun kənarında yaşıllıqlar sökülür, ağaclar isə kökündən çıxardılaraq aparılır. 
SHOWNEWS.AZ-a bu haqda həmin ərazidə obyektlərin sahibi Mirkamran Salahov şikayətçi olub.

"Bronx" mağazalar şəbəkələrinin sahibi olan şəxs bildirir ki, illərdir həmin ərazidə fəaliyyət göstərir. Və ərazinin gözəlləşməsi üçün bir neçə min xərc çəkib, bahalı ağaclarla ərazini gözəlləşdirib.


Ötən həftə isə icra hakimiyyətinin əməkdaşları kimi özünü təqdim edən şəxslər ağacları qıraraq, sökməyə başlayıb. Hadisədən dərhal sonra M. Salahov Bakı Şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə şikayət edib. Şikayətdən sonra söküntü işləri dayandırılıb.

Bu gün yenidən həmin şəxslər M. Salahovun şəxsi vəsaiti hesabına obyektlərinin qarşısına əkdiyi bahalı palma ağacları, yaşıllıqlar kökündən çıxardılıb və aparılıb. Şikayətçinin bildirdiyinə görə, Səbail Rayon İcra Hakimiyyətinə faktla bağlı müraciət etsə də, onun işinə baxılmır.
Şikayətçi bildirir ki, onun əkdirdiyi ağacları sökdürən Səbail  rayonu 5 saylı Mənzil Kommunal İstismar Sahəsinin müdiri Xamis Osmanovdur.