
Bu gün ATV-də yayımlanan "Bizimləsən" verilişində Zaur Baxşəliyev rekorda imza atıb.
Belə ki, SMA xəstəliyindən əziyyət çəkən 1 yaşı tamam olmayan Amir balanın müalicəsi üçün 2 milyon dollar vəsait lazımdır.
Vəsaitin toplanması üçün ağır yükün altına girən Zaur bir günə 100 min manat topladı. Bu Azərbaycan teleməkanında 1 sutkada toplanan ən yüksək məbləğdir.
Amir balaya dəstək olan məşhurlar da az olmayıb. Tanınmış aparıcı Arzu Həmzəyeva 3 min dollar, prodüser Tarix Əliyev min manat, tanınmış vəkil Gülnar Nəzərli min manat, müğənni Şəbnəm Qəhrəmanova min manat yardım edib.