Bakıda “Location” gecə klubundakı partlayışda ölənlər və yaralılar haqda demək olar hər kəs məlumatlıdır.
Nə qədər qəribə olsa da, klubda yaralılara demək olar ki, heç bir yardım göstərilməyib.
Bu haqda klubdakı partlayışda xəsarət alan məkanın əməkdaşı Fariz Məmməzadənin qardaşı öz şikayətini SHOWNEWS.AZ-a bildirib:
“Fariz ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Çox mərd və cəsur gəncimizdir. 12 gün idi həmin kluba işə girmişdi. İşçi kimi də qeyri-qanuni çalışdırıblar. Nə əmək müqaviləsi olub, nə sığortası, nə də başqa bir sənədi”.
Şikayətçi bildirir ki, klubun rəhbərliyi tərəfindən heç bir yardım göstərilməməsi ilə yanaşı, onların özbaşnalıqlarının və arxayınlığının arxasında duranlar da araşdırılmalıdır:
“Hadisə baş verəndən sonra biz olan-olmazımızı onun müalicəsinə qoyduq. Hələ də müalicə davam edir. İlk olaraq 5 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə aldı. 2 dəfə orada əməliyyat etdirdik. Müalicəsi üçün bütün dərmanlarını da özümüz aldıq. Fariz elə vəziyyətdə idi ki, biz gözləyə bilməzdik onlar dərman alacaq ya yox. Borc-xərc də olsa, bunu etməli idik. İki dəfə əməliyyat etdirdikdən sonra, onlar xəsarət alan qardaşımı yalnız “Medera” xəstəxanasına köçürdülər. Vəssəlam. Yalnız orada gedən müalicələrin xərcini qarşıladılar. İndi onun sarğıları qalıb. Bundan sonrakı mərhələdə müayinə və müalicələri qalıb. Heç nə etmirlər. Klub rəhbərliyi tərəfindən partlayışda xəsarət alanlara nəzarət üçün qoyulan nəzarətçi Rəşad da deyir ki, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. Bu özbaşnalıqdır”.
Qeyd edək ki, partlayışa səbəb qaz balonundan sızması səbəb olub. Nəticədə 4 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. Klubun rəhbərliyi isə həbs edilib.