ATV-də yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 2 milyon manatdan çox ianə yığılıb.
Bu barədə verilişin aparıcısı Zaur Baxşəliyev məlumat yayıb.
Qeyd edək ki, Amirin sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 2 milyon 200 min dollardır.
Amir üçün dəstək olmaq istəyənlər "MilliÖn" və "E-Manat" terminalları ilə bu bank hesabına pul köçürə bilərlər: Kapital Bank - 4169 7377 0767 9540