Tanınmış prodüser Təranə Səmədova bu gün “Təsir dairəsi” proqramında qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, proqramda iştirak edən Əməkdar artist Elza Seyidcahan prodüserin studiyaya daxil olduğunu gödüyü an verilişi tərk etmək istəyib. Tərana Səmədova müğənnini verilişdən ayrılmamasını istəyib və sənətçinin icraçısı Rövşən Əhmədovun onu döydüyünü bildirib. O, daha sonra pencəyini soyunaraq bədənindəki izləri nümayiş etdirib.
Elza Seyidcahan isə prodüserin iddialarına cavab vermədən studiyanı tərk edib.
Qeyd edək ki, proqramın aparıcısı Lalə Azərtaş bu gün Təranə Səmədovanın hamilə olduğunu açıqlamışdı.