İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ramazan Bayramını qazilərlə birgə keçirib.
Bayram tədbirində 80-ə yaxın qazi ilə yanaşı Vətən Müharibəsi qəhrəmanı, XTQ-nin baş leytenantı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli də iştirak edib.
Xalq artistləri Könül Xasıyeva, Fidan Hacıyeva, Əməkdar artist Anar Şuşalı, müğənni Elnur Məmmədov, Ayaz Qasımov və qiraətçi Xəzər Süleymanlı bayramı qazilərlə keçirmək üçün tədbirə gəlib.
İş xanımı Ruhi Əliyeva söz alıb: “Mənim əziz qardaşlarım, Vətən fədailərim. Canı-qanı ilə bu torpağı qoruyan cəsur, igid həmvətənlərim. Özündə rəhmət, bərəkət, sevgi, barış, paylaşmaq kimi neçə-neçə hikmətləri birləşdirən bu müqəddəs ayın bu özəl günündə sizlərlə görüşmək mənim üçün ikiqat bayramdır. Çünki mənə görə Vətənə sevgi, torpağa, yurda bağlılıq çox böyük iman, qutsal görəvdir. Sizlər həm Allah, həm Vətən qarşısında öz borcunu hər kəsdən daha yüksək, daha candan ödəmiş insanlarsız.
Bu gün sizin sayənizdə biz bayramlar qeyd edirik. Məhz sizin sayənizdə firavan, rahat həyatımızı yaşaya bilirik. Bu bəxtəvərliyi, bu məsud yaşamı siz və bu torpaq üçün canından keçib şəhadətə yüksələn oğullarımız və Ali baş komandanımız İlham Əliyev bəxş eləyib. Bu xalq, bu millət, bütöv Azərbaycan bu gün sizin bu fövqəl ənəllərinizin qarşısında baş əyir, sizə dərin məmnunluğunu, etiramını bildirir. Mən bir azərbaycanlı ana, xanım kimi hər zaman sizlərlə fəxr edirəm. Qürur duyuram ki, oğullarımın sizin kim əmiləri, dayıları var.
Bizə bu böyük Zəfəri yaşadan, qələbə sevincini daddıran hər bir qardaşımıza, əsgərimizə, zabitimizə, hərbçimizə, Vətən oğullarımıza dərin minnətdarıq. Sizlərə eşq olsun! Bayramlar da, sevinmək də hər kəsdən çox sizin haqqınızdır".