Alimlər valideynlərə xəbərdarlıq edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, illərdir müzakirə mövzusu olan telefon və planşet kimi cihazlarla uşaqların əlaqəsinə elm dünyasından açıqlama gəlib.
Alimlər bildirirlər ki, uşaqların mobil cihazların və kompüterlərin ekranına baxmasının qarşısını almaq onları daha fəal edir.
Cənubi Danimarka Universiteti tərəfindən aparılan araşdırmaya görə, uşaqların həftədə üç saatdan çox ekran vaxtı ilə məhdudlaşdırılması onların aktivliyini gündə 45 dəqiqə artırıb.
Professor Anders Qrontved deyib ki, cihazların qarşısında daha az vaxt keçirdikcə uşaqlar daha çox hərəkət edirlər.
Britaniya Psixoloji Dərnəyi bu barədə: "Gənc uşaqlarda ekrana çox baxmaq, istəmədən onların hələ inkişaf etməkdə olan beyinlərinə daimi ziyan vura bilər. Diqqəti cəmləmək, konsentrasiya etmək, diqqət yetirmək, digər insanların münasibətini qavramaq və onlarla ünsiyyət qurmaq, geniş söz ehtiyatı yaratmaq qabiliyyəti pozulur”.