Ötən gün toyu olan Vətən müharibəsi qazisi Denis Quzlayevin müharibədə aldığı zərbədən üzü tanınmaz hala düşməsi yəqin ki, heç kəsə sirr deyil.
Denisin əvvəlki görünüşünə qayıtması üçün əlindən gələni edən peşəkar kosmetoloq, estetik həkim Günay Əliyeva qazinin toyunda iştirak edib və sevincini bizimlə bölüşüb:
"İlk gündən qazilərin yanında olub, estetik görünüşlərini geri qaytarmaqda əlimdən gələni etmişəm. Dünən müalicə etdiyim və əvvəlki görünüşünün qayıtmasında can qoyduğum hamımızın sevimlisi, qazimiz Denis Quzlayevin toyunda istirak etməyə bilməzdim.
Məni tanıyanlar bilir ki, saysız qazilərimizə həkim kimi dəstək olmuşam. Onların bacısı kimi hər zaman yanlarında olmuşam. Arzum budur ki, bütün qazilərimizin toyunu görüm".
Onu da qeyd edək ki, Günay Əliyeva müalicə etdiyi saysız-hesabsiz qazilerə görə Azerbaycanın “Çalıquşusu” adını alıb. Həkim-kosmetoloq bugünə kimi qazilərə təmənnasız müalicə etməkdə davam edir.
https://instagram.com/estet_gunay?igshid=YmMyMTA2M2Y=
İnstagram Günay Əliyeva @estet_gunay