İqtisadi xəbərlər üzrə ixtisaslaşmış peşəkar telejurnalist Vəfa Şəhlayi "Qoç Ət"in Şuşada fəaliyyət göstərən filialını sərt tənqid edib.
SHOWNEWS.AZ xəbər verir ki, jurnalist bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Şuşadakı "Qoç Ət" səviyyəsizliyin bu qədəri olmaz...
Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı gətirərik. Sonra ofisiant getdi adminstratorla məsləhətləşdi gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblərmiş, millət vəkilləri var imiş, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib deyirem ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir yuxarıda adamlar var, samovarda su qurtarıb.
Bir ara da guya qazilərə endirim PR-ı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə ayıb olsun, haram olsun! Şuşaya gedənlərdən bu restoranı baykot etmeyi xahiş edirəm". V. Şəhlayinin bu postu xeyli müzakirələrə səbəb olub.