Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Audiovizual Şuranın aparat rəhməri “Burada norma xaricində bir şey yoxdur”

Audiovizual Şuranın aparat rəhməri “Burada norma xaricində bir şey yoxdur”

Ötən gün ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.

 

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.

 

Qeyd edək ki, ARB telekanalının mətbuat katibi Mail Əsgərov Modern.az-aaçıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.