Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azyaşlı övladları ilə küçədə qalan qadın NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Azyaşlı övladları ilə küçədə qalan qadın NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Sumqayıtda azyaşlı övladları ilə küçədə qalan qadın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkədə yazıb. 

“Hazırda xanım və uşaqları öz evlərində təhlükəsiz vəziyyətdədirlər.Yaxın dəqiqələrdə onlar müayinə üçün, Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyətı üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyətı Dövlət qrumlarının diqqətindədir”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə, yoldaşına zorakılıq tətbiq edib, xanım da uşaqlarını götürüb evdən çıxıb:

“Elə, gecə saatlarında polis xanımın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək”.