"Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb”. Bunu Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildirib ki, işlər davam etdirilir: "Gələn ilin sonunda ilk sakinləri, şuşalıları orada qəbul edəcəyik. Onlara evlərinin açarlarını verəcəyik”.