“COVİD-19-la bağlı yeni bir dalğanın başlanğıcındayıq”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, ki, bu uzunmüddətli dalğa olmayacaq:
“Bu, yəqin ki, bir neçə həftə çəkəcək. İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Ətrafınızdakıları və özünüzü təhlükəyə atmamaq üçün arxayınlaşmamaq tövsiyə olunur. Mümkün qədər qaydalara riayət etmək lazımdır”.