Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Heyvana işgəncə verən şəxslər HƏBS EDİLDİ

Heyvana işgəncə verən şəxslər HƏBS EDİLDİ

Ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov  bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıb.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub.

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib.