"Qadınların qadın, kişilərin isə kişi yeri var. Bu istənilən sahədə belədir. Çimərlik məsələsində də xanımlara dini baxımdan sərbəstlik verilir, halaldır, gedə bilərlər, amma mənəviyyatımız, mədəniyyətimiz tarixi keçmişimizdən gələn bir ciddiyyət var. Bizim ölkədə qadın, kişi məsələlərinə xüsusi diqqət verilir. Qeyrət məsələsi bu günə qədər köhnəlməyən müsbət mənəvi dəyərdir. Qadını himayə etmək, qadını qorumaq kişilərin vəzifəsidir. Amma biz çimərliklərdə bunun şahidi olmuruq.".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.
O bildirib ki, çimərliklər "podyum"u xatırladır:
"Qadın yataqda hansı paltarla yatırsa, çimərlikdə də ondan da istifadə edir. Müasir dövrlə gedərək adlarını da qoyublar bikini, busqalter, bunun adının nə adlandırılmasından asılı olmayaraq yataq paltarıdır. Ən alt, ən iç geyim hesab olunur, bunu da dənizdə geyinmək, mənə görə doğru deyil. Dənizkənarı açıq-aşkar podyumdur. Qadınların hər tərəfini bütün kişilər görür. Bəs bu qadınların əri nə düşünür? Bu insanlarda bir namus, qeyrət yoxdurmu? Azərbaycan kişisi, müsəlman bir kişi necə bunu açıq-aşkar sərgiləyir, mən anlamıram. Müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir”.
"Çimərliklərin ayrılmasını, kişilərdə ayrı, qadınlarda ayrı olmasını daha məqsədəuyğun hesab edirəm”.