Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“TikTok”da canlı yayım açan daha bir əsgər ORDUDAN QOVULDU

“TikTok”da canlı yayım açan daha bir əsgər ORDUDAN QOVULDU

Müdafiə Nazirliyi hərbi qulluqçunun sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar açıqlama yayıb.

 

Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-videogörüntüləri paylaşması aşkar edilib.

“Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər U.Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”, - deyə məlumatda qeyd olunub.