Sputnik Azerbaijan informasiya agentliyinin redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını tirajlamaqdan imtina edərək tam tərkibdə istefa veriblər.
SHOWNEWS.AZ xəbər verir ki, istefa verən redaktorlar bu barədə sosial şəbəkədə məlumat paylaşıblar.
Belə ki, Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq Sputnik-də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını qeyd ediblər.