Azərbaycan Ordusunun əsgəri Xudiyev Samir Səməd oğlu Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığı yerinə yetirərkən həlak olub.
Əsgərin şəhid kimi təqdim olunmaması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Samir Xudiyev döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu üçün ona şəhid statusu veriləcək.