Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
1997-ci il təvəllüdlü Babək Əliyev Naxçıvanın Culfa rayonu, Ləkətağ kənd sakinidir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək.
Hərbi qulluqçumuzun fotosunu təqdim edirik: