Müğənni Nura Surinin işğaldan azad olunmuş rayonlarda olması, Şuşadan şəkillər paylaşmasına sosial şəbəkədə bir sıra insan etiraz edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda sənətçi özü sosial şəbəkədə yazıb və ona etiraz edənlərə də cavab ünvanlayıb:
"İnstagramda Şuşadan videolar paylaşmışam, bəziləri yazıb ki, sizi buraxırlar oralara, adi adamları yox.
Mənim valideyinlərim Qarabağ uğrunda qəhrəmancasına döyüşüblər, qazidirlər, anam 2-ci qrup əlildir (döyüşdə yaralanıb). Bəli, buraları görmək mənim haqqımdır!".