Abşeron çimərliklərində gözlənilən hava şəraiti şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Eyni zamanda, avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.




