Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlham Əliyevə müraciət edən erməni Azərbaycan vətəndaşlığı almaq istəyir

İlham Əliyevə müraciət edən erməni Azərbaycan vətəndaşlığı almaq istəyir

Vaqe Qambaryan soyadlı daha bir erməni ona Azərbaycan Respublikasının vətəndaşlığı verilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Çıxışı zamanı o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb.

“Mən Ermənistan vətəndaşıyam və bu ölkənin vətəndaşlıqdan imtina etmək istəyirəm. Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakı şəhərinə gedib qohumlarımla görüşə bilim.
Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”, - deyə o, videomüraciətində bildirib.

Qeyd edək ki, bundan öncə erməni fəal, bloqer İşxan Verdyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət hazırlayıb.